“Serial dəftərini bağladım”

19.10.2026

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən aylarda türk istehsalı “Aynı Yağmur Altında” serialı gözlənilən izlənmə reytinqlərinə çata bilmədiyi üçün 7-ci bölümdə final etmişdi.

OLAY yazır ki, serialın qısa müddətdə ekran macərasını başa vurmasına münasibət bildirən aktrisa Hülya Avşar layihələrə kifayət qədər şans verilmədən yayımdan çıxarılmasını tənqid edib.

“Bir də baxırsan ki, serial çox yaxşı gedə biləcəyi halda ona heç fürsət də vermirlər, qəfil yayımını dayandırırlar. Açığı, mən belə şeylərlə məşğul ola bilmirəm. Mən bu oyunlara gəlmək istəmirəm. Serial dəftərini bağladım”, – deyən Avşar televiziya seriallarına bundan sonra məsafəli yanaşacağının siqnalını verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью