Serial ulduzu yoxa çıxıb

14.11.2024

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Amerikalı aktrisa Şanel Benksdən iki həftədir xəbər yoxdur.
Reyting.az
xəbər verir ki, bu barədə “Daily Mail”-in jurnalistləri məlumat yayıblar.
Şanel Benks məşhur “Gossip Girl” serialındakı rolları sayəsində şöhrət qazanıb. Sənətçi bu filmə üçüncü mövsümdə qatılıb. O, serialda Soyer Bennett rolunu oynayırdı. 36 yaşlı məşhur Los-Ancelesin ətraflarında yaşayırdı. Ancaq iki həftə əvvəl Şanel müəmmalı şəraitdə yoxa çıxıb.
Hələlik axtarışlar bir nəticə verməyib.
V. QULİYEV

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью