Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli aktrisa Hayal Köseoğlu ilə aktyor Ersoy Nezir Çınarlı ailə qurmağa hazırlaşır.
Demokrat.az xəbər verir ki, cütlüyün izdivacına doğru ilk addım aktyorun ad günündə atılıb. Ersoy Nezir Çınarlı özəl günündə Hayal Köseoğluna evlilik təklifi edib və aktrisadan müsbət cavab alıb. Yaxın günlərdə rəsmi addım atmağı planlaşdıran sevgililərin nişan mərasimi iyunun 19-da keçiriləcək. Məclisin ailə və yaxın dostlardan ibarət 60 nəfərlik heyətlə təşkil olunması nəzərdə tutulub.
Qeyd edək ki, gənc sənətçilər rəqəmsal platformalarda və televiziyada yayımlanan məşhur "Hudutsuz sevda" serialında bacı-qardaş obrazlarını canlandırıblar.
İsmayıl
Demokrat.az