Serialda sevgili olan cütlük həyatda evlənəcək

02.05.2025

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Türkiyəli aktyorlar Burak Berkay Akgül ilə Özge Yağız evlənir. 

BAKU.WS xəbər verir ki, çəkiliş meydanında tanış olub sevgili olan cütlük yaxın zamanda ailə quracaq.

Bu barədə uzun müddətdir gözlərdən uzaq eşq yaşayan cütlüyün yaxınları deyib.

Məlumat üçün bildirək ki, məşhur ikili "Safir" serialında bir-birini sevən iki gənci canlandırırdı. 

Burakla Özge sevgili olduqlarını uzun müddət mediadan gizlətmişdilər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью