Serialdakı “Bir dövlət var” replikası gündəm oldu VİDEO

20.02.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının baş rol ifaçısı Uraz Kaygılaroğlunu zəng edərək təbrik etdiyi “Yeraltı” serialının yeni bölümündə səsləndirilən replikası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Ölkə.az xəbər verir ki, aktyorun bu replikası Baxçalıya jest kimi şərh olunub.

Serialın dünən yayımlanan yeni bölümündə “Bozqurd” obrazının “Tam ümidimi itirmişdim. Gördüm bir dövlət var. Amma gizli, amma dərin bir dövlət var. Bir ömür mübarizə apararsan, heç kim anlamaz” replikası bəzi istifadəçilər tərəfindən Baxçalıya jest kimi qiymətləndirilib.

Qeyd edək ki, MHP lideri bir neçə gün əvvəl sosial media hesabında etdiyi paylaşımda "NOW TV" kanalında yayımlanan “Yeraltı” serialının baş rol aktyoru Uraz Kaygılaroğlunu telefonla zəng edərək təbrik etdiyini açıqlamışdı.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью