Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Teşkilat”ın ulduzu Buçe Buse Kahraman evlilik təklifi aldı
Türkiyənin məşhur “Teşkila” serialında “Bahar” obrazını canlandıran aktrisa Buçe Buse Kahraman üç illik sevgilisi Kaan Akyıldızdan evlilik təklifi alıb.
“Qafqazinfo” xəbər verir ki, cütlük hazırda ABŞ-də istirahətdədir.
Aktrisa sevgilisinin oradakı təklifinə müsbət cavab verib.
Aktrisa sevindirici anlardan fotoları sosial media hesabında paylaşaraq “Artıq ən sevdiyim nağıl “Kiçik su pərisi” deyil”- sözlərini yazıb.