Serialdan uzaqlaşdırılan Boranın yerinə o gəldi

10.04.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra boykot çağırışına dəstək verən aktrisa Aybüke Pusat TRT 1-in "Teşkilat” serialının heyətindən çıxarılmışdı. Daha sonra aktrisaya dəstək verən həmkarı və yaxın dostu Boran Kuzum da rol aldığı "Bir ruh macerası" serialından uzaqlaşdırılmışdı.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bir ruh macerası" serialın yeni bölümlərində Kuzumun rolunu kimin canlandıracağı məlum olub.

İddialara görə aktyor Alper Saldıran "Bir ruh macerası" serialının heyətinə daxil olaraq Kuzumun canlandırdığı rola həyat verəcək.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью