Serialdan yenə gedir...

05.05.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin 4 mövsümdür reytinqlərdən düşməyən serialı “Kızılcık şerbeti”ndə Çimen obrazını canlandıran Selin Türkmen ikinci dəfə layihədən gedir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.

Onun sözlərinə görə, əvvəllər serialdan öz istəyi ilə ayrılan və daha sonra qayıdan Selin yenidən layihə ilə vidalaşır. Buna görə də “Çimen”ə həyat verəcək yeni aktrisa axtarılır. Bu rol üçün seçilən aktrisa 5-ci mövsümdə rol alacaq.

Ümumilikdə isə “Kızılcık şerbetindən üç nəfərin ayrılacağı məlum olub.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью