Serialı məhkəməyə verdi, qazandı

17.09.2026

Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məşhur aktrisa Sıla Türkoğlu ilə 4 il əvvəl baş rolunu oynadığı, “Kanal 7”də yayımlanan “Emanet” serialının prodüser şirkəti “Karamel Yapım” tərəfindən qaldırılan məhkəmə işi üzrə qərar çıxarılıb.

OLAY yazır ki, iş materiallarında bütün ekspert rəyləri prodüser şirkətinin xeyrinə olmasına baxmayaraq, məhkəmə hakimi iddianı apellyasiya şikayəti vermək hüququ açıq olmaqla rədd edib və Sıla Türkoğlunun müqaviləyə xitam verməkdə haqlı olduğuna qərar verib.

Qeyd edək ki, prodüser şirkəti Türkoğlunun serialdan ayrıldığı üçün İstanbul Anadolu 2 saylı Əqli və Sənaye Hüquqları Məhkəməsində ona qarşı 600 min maddi və 50 min mənəvi təzminat tələbi ilə iddia qaldırmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью