Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
"Məlum qalmaqallı statusumda heç də məqsədim Xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb.
Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi.
Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm.
Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm".
"Cebheinfo.az" xəbər verir ki, bunu yazar Şərif Ağayar yazıb. O xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyiməndən yüksək qiymət verib və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazıb:
"Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar.
Hamınıza sayğılarla..."
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin