Şərif Ağayar: Rəşid Behbudovun ailəsindən və onu sevənlərdən üzr istəyirəm

22.01.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

"Məlum qalmaqallı statusumda heç də məqsədim Xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım".

Kulis.az xəbər verir ki, bu sözləri yazıçı Şərif Ağayar öz sosial media hesabında yazıb.

O, Rəşid Behbudovla bağlı statusuna görə, Xalq artistinin ailəsindən üzr istəyib:

"Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi. Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm. Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam.
Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar.

Hamınıza sayğılarla..."

Qeyd edək ki, Şərif Ağayarın bir neçə gün öncə sosial media hesabında Rəşid Behbudovla bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olmuşdu.

Misirin məşhur Memnon heykəllərinin bərpası tamamlandı Marka kolleksiyası - Karel Çapekin hekayəsi Troya Muzeyində dənizçilik sərgisi - Antik gəmilərlə tarix yolçuluğu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью