Şerifə Bundesliqadan təkliflər var

02.07.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Afrikalı hücumçusu Sidiki Şerif “Fənərbağça”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, Almaniya Bundesliqasından iki klub futbolçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbağça” Şerifi icarəyə verməyə razıdır. Klub oyunçunu transfer hüquqları ilə birlikdə satmaq niyyətində deyil.

Şerif ötən ilin yayından “bülbüllər”də çıxış edir. Qvineyalı hücumçu başa çatan mövsümdə Super Liqada 12 oyunda 2 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью