“Sərin”də mənşəyi məlum olmayan ətdən yemək hazırlanırmış FOTO

06.03.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bakının Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən “Sərin” şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib.
Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb:
“Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir”.






Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью