Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır. Sərinkeşin (ventilyatorun) altında yatmaq, xüsusilə isti yay gecələrində bədəni səri
Lakin bu vərdişin sağlamlığa mənfi təsirləri ola bilər və bir sıra riskləri özü ilə gətirirNews24.az bildirir ki, ən çox rast gəlinən proble
Sərinkeşdən gələn davamlı soyuq hava axını boyun, kürək və bel nahiyəsini soyudaraq əzələlərin gərginləşməsinə səbəb olur.
Bu da yatdıqdan sonra səhər oyananda boyun və çiyin ağrısı, hərəkət məhdudluğu kimi narahatlıqlar yarada bilər.
Uzun müddət belə yatmaq əzələ-oynaq sistemində xroniki problemlərə də yol aça bilər.Digər bir ciddi məqam isə nəfəs yolları ilə bağlıdır.
Ventilyator otaqda olan toz, polen, tüklər və digər allergenləri havada dövr etdirdiyi üçün bu maddələri nəfəs yolu ilə bədənə daxil etmək riski artır.
Xüsusilə allergiyası, sinusiti və ya astması olan insanlar üçün bu, ciddi tənəffüs problemlərinə səbəb ola bilər.
Gecə boyu havadakı quru və tozlu axın burun quruluğu, boğaz yanması və öskürəklə nəticələnə bilər.