Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Mançester Yunayted”in sabiq futbolçusu Teddi Şerinqem komandanın baş məşqçisi Maykl Karrikin vəzifəsindən göndərilməsi ehtimalına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, keçmiş hücumçu Premyer Liqada 18-ci pillədə qərarlaşan komandanın oyununda irəliləyiş görmədiyini söyləyib:
“Nə qədər gözləyəcəksiniz? Komanda Premyer Liqada 18-ci yerdədir. Maykl Karrikin işini itirməsini istəmirəm. Amma yalnız vəziyyətin yaxşılaşdığına dair əlamətlər görürsünüzsə, səbir göstərməyə dəyər. Biz isə “Yunayted”in eyni səhvləri dönə-dönə təkrarladığını görürük”.
Şerinqem klub rəhbərliyinin baş məşqçiyə dəstəyi barədə də danışıb:
“Bu, çox qəribə vəziyyətdir. Rəhbərliyin nə dediyini bilirəm: məşqçini dəyişmək planları yoxdur. Amma bu, sadəcə, ona etimad bildirməyin başqa bir yoludur. Problem baş məşqçi və ya onun köməkçisi Stiv Hollandla bağlı olsa da, məsuliyyət yenə Mayklın üzərinə düşür”.
Sabiq futbolçu komandanın meydanda necə hərəkət etməli olduğunu bilmədiyini düşünür:
“Mənə elə gəlir ki, bu komanda pressinq etməli, yoxsa geri çəkilməli olduğunu bilmir. Düşünürəm ki, futbolçular ilk dəqiqədən nə etməli olduqlarını anlamırlar. Çünki mənim fikrimcə, hətta ən xırda detallarda belə çatışmazlıqlar var”.