Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliya çempionatının Seriya A turnirinin 23-cü turunda “Torino” doğma meydanda “Leççe” ilə qarşılaşıb və 1:0 hesablı qələbə əldə edib.
İdman.Biz xəbər verir ki, oyunda yeganə qol 29-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Çe Adams tərəfindən vurulub.
Bu nəticədən sonra “Torino” 36 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. “Leççe” isə 18 xalla 17-ci yerdədir.
Növbəti turda “Torino” səfərdə “Fiorentina” ilə üz-üzə gələcək, “Leççe” isə öz meydanında “Udineze”ni qəbul edəcək.