Seriya autsayderlə oyunda qırıldı | Icma.az
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır. “Sabah” Azərbaycan Premyer Liqasında 8 tur sonra qələbə qazanıb.
“Bank Respublika Arena”da “Səbail”lə keçirilən matçda son dəqiqələrdə vurulan qolla aktivinə üç xal yazdıran “bayquşlar” qələbəsizlik seriyasını sonlandırıb.
Premyer Liqada iddiası qalmayan “bayquşlar”da əsas diqqət ölkə kubokunda “Neftçi”yə qarşı keçiriləcək yarımfinal matçındadır.
Baş məşqçi Vasili Berezutski məhz buna görə bir neçə aparıcı oyunçunu ehtiyatda saxlamışdı.
“Səbail” üçün isə elitada qalmaq yolunda hər oyun final kimidir.
“Dənizçilər” matçın ilk hissəsində daha təhlükəli epizodlar yaradan tərəf idi.
Hesabı açmağı bacaran “dənizçilər” üstünlüyünü qoruya bilmədi.
Görüşdə iki dəfə önə keçən, lakin son dəqiqədə buraxılan qolla uduzan “Səbail” elita yolunda ağır zərbə aldı.
Tam oxu
Xəbəri oxu