“Seriya ilə əməkdaşlıq ölkəmiz üçün vacibdir”

22.01.2026

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qazla işləyən elektrik stansiyası göstərir ki, Azərbaycan təkcə xammal qaz ixracatçısı kimi qalmaq istəmir, enerji zəncirinin digər mərhələlərinə də keçir. Elektrik enerjisi istehsalına keçir, yəni qazdan artıq məhsul istehsal edir. Azərbaycan Balkan ölkələrində, o cümlədən Serbiyada alternativ etibarlı təchizatçı rolunda güclənir”.

Bunu xalqcebhesi.az-a iqtisadçı ekspert Xalid Kərimli Serbiya Prezidentinin Serbiyanın Azərbaycanla əməkdaşlığı genişləndirəcəyi haqqında fikirlərinə uyğun olaraq söyləyib.

X.Kərimli eləcə də Cənub Qaz Dəhlizinin rolunun artdığını vurğulayıb: “Enerji istehsalına keçmək ölkəmiz üçün əhəmiyyətlidir. Bunun nəticəsində ölkəmiz həm pul qazanacaq, həm də bu ölkələrlə münasibətləri formalaşacaq. 600 milyon dollarlıq investisiya qoyuluşu Azərbaycan üçün əhəmiyyətlidir. Biz artıq kapital ixrac edən ölkə kimi formalaşırıq, özümüz investisiya qoyuruq, Avropa bazarlarına çıxırıq. Bu enerji istehsalına keçməyin özü fəaliyyətin diversifikasiyasıdır. Çünki elektrik enerjisi ərzaq kimi evlərin vacib alışıdır. Çox əhəmiyyətlidir. Eyni zamanda, enerji sahəsindəki əməkdaşlıq digər sahələrdə də münasibətlərin yaxşı olmasına gətirib çıxarır”.

Ekspert əlavə edib ki, Serbiya balaca ölkə deyil, Avropa İttifaqına namizəd ölkədir, Balkanlarda ən vacib ölkələrdən biridir: “Seriya ilə əməkdaşlıq ölkəmiz üçün vacibdir. Həmçinin birbaşa uçuşların açılması biznes əlaqələrini gücləndirir, turizm, xidmət sektoru üçün yaxşıdır. Bütün bunlar da sonradan real iqtisadi əlaqəyə çevrilir. Yəni birbaşa uçuşların olması əlaqələrin daha da yaxşılaşmasına imkan verir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью