Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib.
Onun sözlərinə görə, partiya hələ qarşıdan gələn seçkilərdə iştirakla bağlı heç bir konkret qərar qəbul etməyib. Lakin o, müxalifət qüvvələrinin birləşdirilməsinə şübhə ilə yanaşır.
"Mənim istəyim var, amma hadisələr göstərir ki, müxalifəti birləşdirmək çox çətin bir işdir. Və biz vahid siyahı şəklində iştirak etməkdən danışmırıq. Düşünmürəm ki, bunu nəzərdə tutursunuz. Amma görəcəyik", - deyə Sarkisyan qeyd edib.
Onun sözlərinə görə, ERP-nın məqsədi Nikol Paşinyanı vəzifəsindən uzaqlaşdırmaq olaraq qalır və bu, dəyişməyəcək.
Bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryan seçkilərdə böyük bir müxalifət bloku yaratmaq ehtimalı barədə danışmışdı.
Qeyd etmək lazımdır ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.
Qadir, Bizimyol.info