Serjiu Konseysau Milanın tarixinə düşüb

07.01.2025

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Milan"ın yeni baş məşqçisi Serjiu Konseysau İtaliya Superkubokunun final matçında "İnter" üzərində qələbədən sonra klubun tarixinə düşüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Milan"ın "sükanı arxasında" ən tez kubok qazanan mütəxəssis olub.

Görüş S.Konseysaunun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliyalıya İtaliya Superkubokunu qazanmaq üçün cəmi iki oyun kifayət edib.

Buna qədər "Milan" yarımfinalda "Yuventus" üzərində 2:1 hesablı qələbə qazanmışdı.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью