Sərkisyan ana olur: Paşinyan axtarışa başladı

02.04.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ermənistan Baş naziri Nikol Paşinyan yeni nazir axtarışındadır.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ermənistanın daxili işlər naziri Arpin Sərkisyan ana olmağa hazırlaşır:

“O, uzun illərdir evlidir. Mənbələrin dediyinə görə, Sərkisyan analıq məzuniyyəti ilə əlaqədar aylarla işə getməyəcək. Bu o deməkdir ki, Nikol Paşinyan onu əvəz edəcək adam axtarmalı olacaq”, – deyə nəşr qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью