Sərkisyan: Müharibə olmayacaq, Azərbaycan Sünikə hücum etməyəcək

06.10.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan əsgərinin naməlum şəraitdə Sünik vilayətinə keçməsinə diversiya, kəşfiyyat və digər kontekstdə baxmaq lazım deyil”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan deyib.

Ermənistan müxalifətinin məsələ ətrafında ajiotaj yaratmağa çalışdığını bildirən siyasətçi digər ölkələr arasında da belə halların baş verdiyini qeyd edib:

“Böyük hay-küy salmaq lazım deyil. Sülh olsun, ya olmasın, belə hallar ola bilər. Sadəcə, bizim daxili siyasi qüvvələrimiz – müxalifət öz istəklərini reallığa çevirmək istəyir. Ajiotaj yaratmağa çalışırlar. Müharibə olmayacaq, Azərbaycan Sünikə hücum etməyəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью