Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Ermənistanda keçiriləcək parlament seçkilərində iştirakla bağlı yekun qərar verməmişik, nəsə olarsa, açıqlayacağıq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, müxalifətin seçkilərə vahid blok şəklində qatılması ehtimalını dəyərləndirib:
“Hadisələr və mövcud vəziyyət müxalifəti birləşdirməyin çox çətin olduğunu göstərir. Məsələ sadəcə vahid siyahı tərtib edib seçkiyə qoşulmaq deyil. Digər müxalifət nümayəndələrinin də, bizim də hədəfimiz sadəcə Ermənistanın Baş naziri Nikol Paşinyan və komandasıdır”.
Əliyar Xəlil
Globalinfo.az