Sərkisyan sərhədlə bağlı məlumatları təkzib etdi

05.05.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sərhəddə atışma olacağı halda, biz rəsmi şəkildə ictimaiyyətə məlumat verəcəyik, lakin hələlik belə bir vəziyyət yoxdur”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Müdafiə nazirinin müavini Aram Sərkisyan jurnalistlərə açıqlamasında deyib.

O, jurnalistlərin israrla sərhəddə vəziyyətin narahatedici olduğu və əməliyyat keçirildiyinə dair iddialarına cavabında hər hansı gərginliyin olmadığını vurğulayıb:

“Belə bir şey baş verməyib, bunu əminliklə deyirəm. Əgər olsaydı, məlumatımız olardı. Son zamanlar elə bir hal yaşamamışıq”.

Ayşən Mustafa
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью