Şerlok Holms yenidən ekranlara qayıdır

10.08.2026

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Dünyaca məşhur xəfiyyə Şerlok Holmsun yeni serial layihəsi rəsmən elan olunub.
Kulis.az xəbər verir ki, "Sherlock's Secretary" adlanan yeni layihə Londonda yaşayan və illərlə “221B Beker Strit” ünvanına göndərilən minlərlə məktubu cavablandıran növbətçi katibənin fəaliyyətinə fokuslanır.
Qəhrəman zamanla bu məktublara cavab yazarkən özü də fərqində olmadan sirli cinayətləri və müammaları şəxsən araşdırmağa başlayır.
Ekran işi "Psych" serialı ilə tanınan Endi Bermanın imzasını daşıyacaq.
Qeyd edək ki, "USA Network" kanalında nümayiş olunması planlaşdırılan serialın aktyor heyəti və nümayiş tarixi haqqında hələlik ətraflı məlumat verilməyib.

İşıq da elə su kimidir - Qabriel Qarsia Markesin hekayəsi "Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyil" - Mirzə Ələkbər Sabirin son müsahibəsi Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью