Sərnişin avtobusu alışdı VİDEO YENİLƏNİB

16.11.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıt-Novxanı yolunda alışan 123 saylı sərnişin avtobusundakı sərnişinlər xəsarət almayıb.

Daşıyıcı şirkətdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, texniki nasazlıq səbəbindən avtobusda tüstülənmə olub. 

Sərnişinlər arasında xəsarət alan yoxdur. Onlar üçün xətdən dərhal başqa avtobus ayrılıb. Nasaz avtobus xətdən kənarlaşdırılıb.

***

09:31

Sumqayıt-Novxanı yolunda sərnişin avtobusu yanıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. 

Sərnişinlərin sözlərinə görə, 123 saylı xətt üzrə işləyən avtobus hərəkətdə olarkən anidən alışıb.

Sərnişinlər avtobusdan düşərək dərhal ərazidən uzaqlaşıblar.

Hadisə yerindən görüntünü təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью