Sərnişin avtobusu aşıb, 22 nəfər yaralanıb

22.08.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin qərbində yerləşən Afyonkarahisar vilayətində sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 22 nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə IHA agentliyi məlumat yayıb.

Qəza Sinanpaşa rayonunda yerli əhəmiyyətli yolda baş verib. “Gold İstanbul” şirkətinə məxsus avtobus hələlik müəyyən edilməyən səbəbdən yolayrıcında qoruyucu səddə çırpılaraq aşıb.

Hadisə yerinə jandarma, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Xəsarət alan 22 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanalara çatdırılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью