Sərnişin avtobusu körpüdən çaya düşdü: 18 ölü

16.08.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əlcəzairdə sərnişin avtobusu yoldan çıxaraq körpüdən çaya düşüb.

Axar.az xəbər verir ki, qəza Haraş rayonundakı Əl-Hava əl-Cəmil istiqamətində Əl-Məhəmmədiyə bölgəsində baş verib.

Nəticədə 18 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Hadisə yerində xilasetmə işlərinə 25 təcili yardım maşını, 16 dalğıc və 4 qayıq cəlb olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью