Sərnişin avtobusu qəzaya uğradı Xəsarət alanlar var

26.06.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Türkiyənin Aydın–Dənizli avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az "İHA"ya istinadən xəbər verir ki, minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Zərbənin gücündən idarəetmədən çıxan avtobus yol kənarındakı maneələrə çırpılıb.

İlkin məlumata əsasən, qəza zamanı 1 nəfərin vəziyyəti ağır olmaqla ümumilikdə 20 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью