Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var

15.06.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda sərnişin daşıyan mikroavtobus qəza törədib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə magistral yolun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, qəza zamanı bir ailənin üzvləri - 1989-cu il təvəllüdlü Əli Süleymanov, 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova, azyaşlılar - 7 yaşlı M.Süleymanova və 2 yaşlı Ə.Süleymanov, həmçinin Alim Məmmədov, Elnurə Həsənova, Samirə Məmmədova və Asəf Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью