Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyədə ağır yol qəzasında bir neçə nəfər xəsarət alıb.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tokat-Sivas şosesində sərnişin avtobusu idarəetmədən çıxaraq TIR-a çırpılıb.
Hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Əraziyə təcili tibb yardım, polis, jandarm cəlb olunub.
Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Qeyd edilir ki, ərazidə pis hava şəraiti mövcuddur.