Sərnişin avtobusu toqquşub, 12 nəfər xəsarət alıb

18.10.2025

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Sinop vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sinop-Samsun magistral yolunda iki sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Sinopda yerləşən xəstəxanalara çatdırılıblar.

Magistral yolda digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradan hadisə ilə bağlı aradırma başladılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью