Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Qazaxıstanda sərnişin avtobusu yanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Astanada baş verib.
Yanğın Nazarbayev Universitetinin yaxınlığında olub. Belə ki, 320 saylı marşrut üzrə hərəkət edən "Mercedes-Benz" avtobusu yanıb.
Yanğın mühərrik bölməsinin ərazisində baş verib. İlkin ehtimala görə, yanğına elektrik naqillərində qısaqapanma səbəb ola bilər.
Hadisə zamanı xəsarət alan olmayıb.
Mehman Mehdiyev