Sərnişin avtobusu yük maşını ilə toqquşdu

01.02.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Bakı-Xudat avtobusu yük maşını ilə toqquşub. 

"Unikal"ın məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, Bakıdan Xudat istiqamətində sərnişin daşıyan avtobus yük avtomobilinə çırpılıb.

 Hadisə nəticəsində 1 nəfər sərnişin xəsarət alıb, o, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.

Sərnişin avtobusuna da ciddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью