Sərnişin “BakuBus”dan yıxılaraq xəsarət aldı KONKRET

18.07.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Gəncədə H.Əliyev prospektində “BakuBus”a məxsus 14 nömrəli ictimai nəqliyyat vasitəsi hərəkətdə olarkən sərnişin- 1989-cu il təvəllüdlü Xəyalə Verdiyeva yıxılaraq xəsarət alıb.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.

Məlumat üçün bildirək ki, Gəncədə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin əksəriyyəti “BakuBus”a məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью