Sərnişin daşıyan avtobus qəzaya uğrayıb

16.06.2026

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı-Gəncə avtomobil yolunda sərnişin daşıyan avtobus qəza edib. Hadisə magistral avtomobil yolunun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Hundai” markalı avtomobil “Range Rover” markalı maşına arxadan çırpılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, 1989-cu il təvəllüdlü Əli Süleymanov, 2024-cü il təvəllüdlü Əsgər Süleymanov, 2019-cu il təvəllüdlü Mələk Süleymanova və 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Qəzanın təfərrüatları dəqiqləşdirilir.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью