Sərnişin dolu avtobusla əks yola çıxıb maşınların üzərinə sürdü VİDEO

12.02.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zabrat–Sabunçu yolunda qaydaları kpbud şəkildə pozan sürücü lentə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib.

Kadrlardan görünür ki, 197 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü işıqforun qırmızı işığında dayanmayıb.

O, qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaradıb.

Qeyd edək ki, ictimai nəqliyyat vasitəsini idarə edən sürücülərdən daha yüksək məsuliyyət tələb olunur. Bu cür xətalar təkcə digər hərəkət iştirakçıları üçün deyil, ictimai nəqliyyatda olan sərnişinlərin həyatı üçün də birbaşa risk yaradır.

Nərmin

Oxunub 70

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью