Sərnişin hərəkətdə olan avtobusun qapısından yerə yıxıldı

03.12.2024

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sərnişin hərəkətdə olan avtobusun qapısından yerə yıxıldı

İstanbul Esenyurt Saadetdere'də sərnişin avtobusun qapısından yerə yıxılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, avtobus lyukun üstündən keçərkən onun qapağı açılıb və avtobusu qapısına dəyərək şüşəni sındırıb.

Bu zaman hərəkətdə olan avtobusun qapısına söykənən sərnişin yola yıxılıb.

Yüngül xəsarət alan sərnişin təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.

Sürücü dindirilmək üçün polis bölməsinə aparılıb.

Hadisə yerinə gələn yol qrupları yerindən tərpənən lyuk qapağı ətrafında təhlükəsizlik tədbir alıb.

Polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью