Sərnişin Hind Okeanı üzərində təyyarənin qapısını açmağa cəhd edib

01.04.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

İndoneziyanın Bali adasından Avstraliyanın Melburn şəhərinə uçan sərnişin təyyarəsi uçuş zamanı sərnişinin qapını açmağa cəhd etdiyinə görə geri dönmək məcburiyyətində qalıb.

Bildirilib ki, uçuş heyəti cəld vəziyyətə müdaxilə edib və pilot təhlükəsizlik baxımından Baliyə qayıtmağa qərar verib.

Sərnişin Bali adasında yerli səlahiyyətlilər tərəfindən təyyarədən çıxarılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью