Статья не опубликована
Sərnişin Parisdə təyyarədən tullandı | Icma.az

Sərnişin Parisdə təyyarədən tullandı

10.02.2025

Icma.az bildirir, Aznews.az portalına istinadən.

Parisdə sərnişin qalxmağa hazırlaşan təyyarədən özünü atıb.

Bu barədə PYOK nəşri məlumat yayıb.

İberia təyyarəsi Orli hava limanından Madridə uçmaq üzrəykən sərnişinlərdən biri oturacağından qalxaraq onu açmaq üçün təcili çıxışa çıxıb. Stüardessa kişini saxlamağa çalışsa da, o, ona hücum edib və sonra 3,5 m hündürlükdən təyyarədən tullanıb.

Nəticədə qanun pozucusu dərhal hava limanının xidmət əməkdaşları tərəfindən saxlanılıb. Kişinin təyyarədən tullanmaq qərarına gəlməsinin səbəbləri müəyyənləşdirilir.

Mövsüm

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью