Sərnişin qatarı alışdı: İnsanlar canlarını tullanaraq qurtardılar Video

06.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Hindistanda sərnişin qatarında yanğın baş verib. Hadisə zamanı sərnişinlər hərəkətdə olan qatardan tullanaraq canlarını qurtarmağa çalışıblar.
Bizim.Media xəbər verir ki, “bu barədə Times Now” telekanalı məlumat yayıb.
Məlumata görə, “Karmabhoomi Ekspress” qatarı Amritsar–Yeni Celpayquri marşrutu üzrə hərəkət edirmiş.
Qatarın dörd vaqonunda yanğın başlayıb. Təhlükəsizlik sisteminin işə düşməsindən sonra qatar dayandırılıb və sərnişinlər təxliyə ediliblər.
Qatarda təxminən 1500 sərnişinin olduğu bildirilir. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью