Sərnişin qatarı məktəb avtobusuna çırpılıb

14.10.2025

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Türkiyənin Muş vilayətində sərnişin qatarının məktəb avtobusuna çırpılması nəticəsində 17 şagird xəsarət alıb.

Missiya.Az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Yeşilyurt məhəlləsinin Hemgeçit ərazisində qeydə alınıb.

Qeyri-rəsmi dəmir yolu keçidindən keçən avtobus hərəkətdə olan sərnişin qatarı ilə toqquşub. Nəticədə məktəb avtobusunda olan 17 şagird müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb.

Əraziyə təcili tibbi yardım briqadaları, polis və yanğınsöndürənlər cəlb olunub. Yaralılar Muş Dövlət Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seyranə Quliyeva
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью