Sərnişin qatarı relsdən çıxdı, ölən və yaralılar var VİDEO

30.08.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Şimal-qərbi Misirdə qatar relsdən çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Cairo24” məlumat yayıb.
Qəza nəticəsində iki nəfər ölüb, 54 nəfər yaralanıb.
“Mersa-Matruha Səhiyyə İdarəsi qatar qəzasından sonra vilayətin bütün xəstəxanalarında fövqəladə vəziyyət elan edib”,— deyə xəbərdə qeyd olunur.
Bildirilir ki, hadisə yerinə yaralıların təcili daşınması üçün çoxlu sayda təcili yardım maşını göndərilib.
Yerli KİV-lərin məlumatına görə, qatar Matruha şəhərindən Qahirəyə gedirmiş, hadisə Fuka kəndi ərazisində baş verib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью