Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sərnişin təyyarədə "yadplanetliyə bənzəyən məxluq" görüb qorxdu.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Mirror” yazır.
Nəşrin məlumatına görə, sərnişinlərdən biri "X" sosial şəbəkəsində izləyiciləri çaş-baş salan qeyri-adi varlığın şəklini paylaşıb.
Şəkildə qonşu oturacaqda qara kapüşonlu qəribə "yadplanetliyə" bənzər məxluq əks olunub. Sosial şəbəkə istifadəçilərindən biri "şəklin sirrini" açan şərh yazıb: “Fotoda şəxs kapüşonu üzünə çəkib. Göz bəbəyinə oxşayan qara şey isə sadəcə qulaqcıqdır. Sizi vahiməyə salan əslində qulaqlarında qulaqcıq və üzünə kapüşon taxan şəxsdir.