Sərnişin təyyarəsi alovlandı

23.04.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-də sərnişin təyyarəsinin mühərriki alovlanıb. 

“Cebheinfo.az” xəbər verir ki, yanğın təşvişi Florida ştatındakı Orlando Beynəlxalq Hava Limanından Georgia ştatındakı Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanına uçmağa hazırlaşan təyyarədə yaşanıb. Delta Hava Yollarına məxsus Airbus A330 tipli təyyarə 282 sərnişinlə birlikdə qapıdan ayrılaraq uçuş zolağına doğru hərəkət edərkən mühərriklərindən biri alovlanıb. Sərnişinlər dərhal təxliyə olunub və yanğın qısa müddətdə nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью