Sərnişin təyyarəsi qalxdıqdan dərhal sonra qəza siqnalı verir Xəbər saytı Son xəbərlər və Hadisələr

25.01.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

İrlandiyanın aşağı büdcəli aviaşirkəti Ryanair təyyarəsi səmada qəza siqnalı verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Aviaincident" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, yanvarın 24-də Boeing 737-800 sərnişin təyyarəsi Rumıniyanın paytaxtı Buxarestdən Fransanın Marsel şəhərinə uçurdu. Uçuşdan dərhal sonra pilotlar kabinədəki tüstülənmə səbəbindən təhlükə siqnalı veriblər.

Nəticədə təxminən 450 metr hündürlükdə təyyarə yüksəlməyi dayandırıb. Təyyarə yola düşdükdən 15 dəqiqə sonra sağ-salamat uçduğu hava limanına qayıdıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью