Sərnişin təyyarəsi uçuş enmə zolağından çıxıb

13.02.2026

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kanadanın Toronto şəhərindən 59 sərnişin və 5 heyət üzvü ilə havaya qalxan “Porter Airlines” şirkətinə məxsus “Embraer E195-E2” sərnişin təyyarəsi Halifax Stanfield hava limanına endikdən sonra qarla örtülü uçuş-enmə zolağında sürüşüb.

Reyting.az xəbər verir ki, təyyarə uçuş-enmə zolağından çıxaraq qarda ilişib.

Sərnişinlər 2.5 saatlıq əməliyyatdan sonra təxliyə edilib və xəsarət alan olmayıb.

Kanada Nəqliyyat Təhlükəsizliyi Şurası təyyarəyə heç bir ziyan dəymədiyini və hadisə ilə bağlı araşdırma aparılacağını açıqlayıb.

V. QULİYEV


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью