Sərnişin təyyarəsinə güllə yağdırdılar

12.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin Kaliforniya əyalətindən Haitinin paytaxtı Port-au-Prinsə sərnişinləri daşıyan “Spirit Hava Yolları”na məxsus təyyarə eniş zamanı silahlı dəstə üzvlərinin hücumuna məruz qalıb. 

"Cebheinfo.az" “Miami Herald”-a istinadən xəbər verir ki, güllələrə tuş gələn “Spirit Airlines” 951 reysi Dominikan Respublikasının Santyaqo hava limanına təhlükəsiz eniş edib. 

Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb. Hava Yollarının sözçüsü verdiyi açıqlamada, Santyaqo hava limanına enən təyyarənin ilkin araşdırmalar nəticəsində güllələrdən dəyən kiçik ziyan səbəbilə xidmətdən çıxarıldığını və hadisə nəticəsində bir stüardessanın yüngül xəsarət aldığını bildirib.

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью