Sərnişin üstündə dava hərəkətə maneə oldu VİDEO

22.10.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

“20 Yanvar” metrosunun yaxınlığında sərnişin davası tıxaca səbəb oldu.
Avtosfer.az xəbər verir ki, Bakıda “20 Yanvar” metrostansiyasının yaxınlığında sərnişin götürmək üstündə mübahisə yaranıb.
Qaynar xəttimizə daxil olan görüntülərə əsasən, “manatlıq” taksi sürücüləri sərnişin götürmək üstündə mübahisə edərək avtomobillərini yolun hərəkət hissəsində saxlayıblar.
Nəticədə digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Xüsusilə dönmə manevri etmək istəyən avtobuslar hərəkətlərini davam etdirə bilməyib və ərazidə tıxac yaranıb.
Sərnişin uğrunda mübahisə edib yolu bağlamaq nə dərəcədə doğrudur? Bir neçə sərnişin qazanmaq istəyən sürücülərin məsuliyyətsiz davranışının əziyyətini digər hərəkət iştirakçıları çəkməli deyil.

bax.tvhttps://player.bax.tv/embed/228094.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler


Video: operativmm
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью