Sərnişin və yük qatarlarına 45 dəfə daş atılıb

05.12.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 45 dəfə daş atılıb.

"Cebheinfo.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qatarlara daş atılması nəticəsində sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür, qatara ciddi zərər dəyir, maşinist qatarı təcili saxlamalı olur, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır.

"Bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun olaraq cərimələnirlər. Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, ADY valideynlərə uşaqları bu barədə mütəmadi maarifləndirməyi tövsiyə edir. Dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir",-deyə məlumatda qeyd edilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью